Modern.az

Türkiyə Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dəstəyini davam  etdirəcək

Türkiyə Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dəstəyini davam  etdirəcək

9 Oktyabr 2016, 11:41

Türkiyə "Transxəzər beynəlxalq nəqliyyat marşrutu"na (TMTM) dəstəyini davam etdirəcək ki, daşıyıcılar ona üstünlük versinlər.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

 

Nazirin sözlərinə görə, 2015-ci ildə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrinə daşımalar əvvəlki illərlə müqayisədə xeyli artıb.

 

O qeyd edib ki, 2015-ci ildə Azərbaycandan tranzit ilə Mərkəzi Asiya ölkələrinə təqribən 8 min yük maşını göndərilib.

 

Nazir bildirib ki, "Bakı-Tbilisi-Qars" dəmir yolunun yaradılması başa çatdıqdan sonra müxtəlif yüklərin nəqli imkanı olacaq ki, bu da daşıyıcılara sərf edəcək.

 

Ə.Arslan əlavə edib ki, Ankara İran və Azərbaycan dəmir yollarının kəsişməsini vacib hesab edir: "Türkiyə həmişə alternativ marşrutları dəstəkləyir".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı