Modern.az

Liviyada 70 İŞİD silahlısı məhv edilib

Liviyada 70 İŞİD silahlısı məhv edilib

9 Oktyabr 2016, 22:57

Liviyanın Sirt şəhərində baş verən toqquşmalar nəticəsində 70-dən çox İŞİD silahlısı məhv edilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hökumət qoşunlarının itkiləri barədə məlumat verilmir.

 

Döyüşlərdə 72 silahlının məhv edildiyi bildirilir. Sirt şəhərində terrorçulara qarşı əməliyyat mayın əvvəlindən başlayıb. Məlumata görə, şəhərin əksər əraziləri  İŞİD-çilərdən təmizlənib.  Avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı