Modern.az

Klinton debatda yenə Trampa qalib gəldi - FOTOLAR

Klinton debatda yenə Trampa qalib gəldi - FOTOLAR

10 Oktyabr 2016, 09:45

 

CNN və OGC şirkətləri ABŞ prezidentliyinə namizədlər Donald Tram və Hillari Klinton arasındakı ikinci debatla bağlı tamaşaçıar arasında keçirilən blits-sorğunun nəticələrini açıqlayıblar. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticələrə görə, Demokratlar Partiyasının namizədi Hillari Klinton qalib olub. 

Xəbərdə qeyd edilir ki, Klinton respondetlərin 57 faizinin, Tramp 34 faizinin səsini toplayıb. 

63 faiz cavab verib ki, Tramp birinci debatdakı ilə müqayisədə yaxşı çıxış edib, 21 faiz onun çıxışını pis hesab edib, 15 faiz isə düşünür ki, onun çıxışı elə-belə olub. 

 

Qeyd edək ki, müşahidəçilər bundan əvvəlki debatda da Klintonun qalib olduğunu bildirmişdilər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı