Rusiyanın neft və neft kondensatı hasilatı oktyabr ayında 11,2 mln. barelə yüksələrək post-sovet dövründə orta günlük rekordunu yeniləyib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə məlumat "Bloomberg" agentliyinin Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi dispetçer idarəsinə istinadən verilib.
Beləliklə, oktyabr ayında gündəlik neft və neft kondensatı hasilatı sentyabr rekordunu 90 min barel/gün və ya 0,8% üstələyib. Bununla da hasilat son 15 ilin rekord səviyyəsinə çatıb.
Xatırladaq ki, hazırda İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda Rusiya neft hasilatının azaldılmasından çox dondurulması tərəfdarı olduğunu bildirib.
Modern.az