Modern.az

Gürcüstan parlamentində 3 partiya təmsil olunacaq

Gürcüstan parlamentində 3 partiya təmsil olunacaq

Dünya

10 Oktyabr 2016, 22:14

Gürcüstan parlamentində 3 partiya təmsil olunacaq. Modern.az saytı xəbər verir ki, "Report"un Gürcüstan KİV-ə istinadən məlumatına görə, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İnformasiyaya görə, bütün Seçki Məntəqələrində nəticələr hesablanıb.

MSK-nın məlumatına görə,hakim "Gürcü arzusu" partiyası səsələrin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.

Xəbərdə bildirilib ki, 3 min 702 seçki məntəqəsində səslər sayılıb.

Məlumata əsasən, Gürcüstan parlamentinə deputatlar 4 il müddətinə seçilirlər.Seçkilər qarışıq sistemə üzrə keçirilir. 77 deputat partiya siyahısı (proporsianal sistem üzrə), 73 deputat isə birmandatlı seçki dairəsi (mojaritar sistem üzrə) üzrə müəyyənləşir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı