“Türkiyə Moskva və Ankara arasında münasibətlərin normallaşması prosesinin tam sürətlə davam edəcəyinə əmindir. Bu gün Türkiyə-Rusiya münasibətləri baxımından biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq”. Modern.az saytı xarici mediaya istinaən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti əmin olduğunu vurğulayıb ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək.
Rusiya prezidenti Vladimir Putin də iki ölkə arasında münasibətlərin normallaşdığını bildirib: “Türk axını” layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik”.
Qeyd edək ki, Türkiyə üçün qaz endirimi ilə bağlı dövlət başçısı tərəfindən “Qazprom” şirkətinə müvafiq tapşırıqlar verilib.
Modern.az