Modern.az

Hindistanda 68 gün oruc tutan 13 yaşlı qız ölüb

Hindistanda 68 gün oruc tutan 13 yaşlı qız ölüb

11 Oktyabr 2016, 00:31

Hindistanın cənubunda, Hiderabad şəhərində yaşayan Aradhana Samdariya adında 13 yaşlı qız, mənsubu olduğu Ceyn inancına görə tutduğu 68 günlük orucdan sonra həyatını itirib. Modern.az saytı xəbər verir ki, AzNews.az-ın məlumatına görə, polis qızın oruc tutmağa məcbur edilib-edilmədiyini öyrənmək üçün ailəsini istintaqa cəlb edib.

 

Ailəsi qızlarının Ceyn inancının qaydalarına uyğun olaraq oruc tutmağa öz istəyi ilə qərar verdiyini bildirib.

 

Gənc qızın atası Manşi Samdariya: “Bizdən upvaas(qatı qida qəbul etməməyi tələb edən oruc növü) tutmaq üçün icazə istədi. 51 gündən sonra dayandırmağını istədik. Orucu könüllü tuturdu. Heç kim onu məcbur etməyib” deyib. Hind mətbuatı, gənc qızın 68 gün qaynar su ilə bəsləndiyini və orucunu açdıqdan iki həftə sonra isə öldüyünü yazıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı