Modern.az

Ollanddan AŞPA-nın sessiyasında ÇAĞIRIŞ

Ollanddan AŞPA-nın sessiyasında ÇAĞIRIŞ

11 Oktyabr 2016, 15:32

“Suriya üzrə danışıqlara regionun bütün ölkələrini, o cümlədən Türkiyəni, İranı, Rusiyanı qoşmaq lazımdır".

 

Modern.az-ın xəbərinə görə, bunu Fransa Prezidenti Fransua Olland Strasburqda AŞPA-nın iclasında çıxışı zamanı deyib.

 

O, Fransanın İŞİD terror qruplaşmasına qarşı mübarizəni davam etdirməyə hazır olduğunu, elə buna görə də koalisiyada iştirak etdiyini vurğulayıb.

 

Prezident Fransa-Rusiya münasibətlərinin gərginləşməsindən də  söz açıb. O, Kremllə Paris Moskva arasında böyük fikir ayrılığının olduğunu bildirib. Ollandın sözlərinə görə, buna səbəb Suriya münaqişəsində Rusiyanın atdığı addımlardır.  

 

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı