Modern.az

Putin, Merkel və Olland arasında telefon danışığı olub  

Putin, Merkel və Olland arasında telefon danışığı olub   

12 Oktyabr 2016, 21:26

Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.

 

Məlumata görə, söhbət zamanı Suriya böhranı müzakirə edilib, terror təhlükəsinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

 

“Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, oktyabrın 15-də Lozannada keçirilməsi nəzərdə tutulan Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri, regionun bir sıra ölkə nümayəndələrinin də iştirak edəcəyi  görüşdə Suriyada münaqişənin nizamlanması baxımından məhsuldar olacaq”, məlumatda deyilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı