Modern.az

Birinci ledi ərini HƏDƏLDİ       

Birinci ledi ərini HƏDƏLDİ       

14 Oktyabr 2016, 18:50

Nigeriyanın birinci ledisi Aişa Buxari əri prezident Mohammad Buxari hökumətin strukturunu dəyişməsə növbəti seçkilərdə onu dəstəkləməyəcəyi ilə hədələyib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, birinci ledinin fikrincə, prezident, məsələn, özü təyin etdiyi 50 nəfərdən 45-ni tanımır.

“Mən də onları tanımıram, buna baxmayaraq, mən artıq 27 ildir onun arvadıyam”, - o, bəyan edib.

Birinci ledinin sözlərinə görə, bu adamlar ərinin və onun rəhbərlik “Proqressiv dəyişiklik uğrunda konqres” partiyasının fikirlərini bölüşmürlər. Bundan əlavə, onun fikrincə, onların təyin olunmasının arxasında bir neçə nəfər dayanıb.

Buxari əmindir ki, bu vəzifələri alan adamlar sadəcə olaraq “hakimiyyəti oğurlayıblar”.

Ancaq o, istefaya göndərilməli məmurların adlarını çəkməyib. Onun sözlərinə görə, kimlərdən söhbət getdiyini başa düşmək üçün televizora baxmaq kifayətdir.

Birinci ledi əmindir ki, prezident onu seçkilər zamanı dəstəkləyən adamların rəyinə qulaq asacaq.

Aişa Buxari hədə-qorxu gələrək deyib ki, əgər əri hökumətin tərkibini dəyişdirməsə, o, seçki kampaniyasında iştirak etməyəcək və qadınları da ona səs verməyə çağırmayacaq.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı