Rəsmi Vaşinqton İran nümayəndə heyətinin sabah Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.
“Biz İranın iştirakında maraqlıyıq, lakin əmin deyiləm ki, İran tərəfi görüşdə iştirakını təsdiqləyib”,- deyə M.Toner bildirib.
Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.
Modern.az