Modern.az

Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib

Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib

16 Oktyabr 2016, 14:15

Ötən gecə Litvanın səhiyyə naziri Yuras Pojela 34 yaşında  vəfat edib.

 

Modern.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, bun bu gün Litva Sosial-Demokrat Partiyasının nümayəndəsi Alqirdas Sisas bildirib.

 

Y. Pojela Vilnüsdə xəstəxanada ölüb. Avqust ayında mədəaltı vəzin soyuqdəyməsi (pankreatit) xəstəliyi ilə xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.

 

Qeyd edək ki, Y. Pojelabu ilin martında səhiyyə naziri təyin edilib. Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Y. Pojelanın timsalında Litva gənc, perspektivli, gəncliyinə baxmayaraq, insanların etimadını qazanmış bir siyasətçini itirib. 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı