Modern.az

Poroşenko, Merkel və Olland arasında telefon danışığı olub

Poroşenko, Merkel və Olland arasında telefon danışığı olub

Dünya

17 Oktyabr 2016, 00:21

Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

 

Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.

 

“Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya) müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı "Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, - deyə məlumatda qeyd olunub.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı