Əfqanıstanın vitse-prezidenti Əbdül-Rəşid Dustuma qarşı sui-qəsd edilib.
Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın vitse-prezidenti Əbdül-Rəşid Dustumu yaralayıblar.
Hazırda ölkənin vitse-prezidentinin vəziyyəti haqqında məlumat verilmir.
Taliblər onun da olduğu təhlükəsizlik xidmətinin maşın karvanını pusquya salıb.
Maşın karvanına hücum zamanı 15 əfqan hərbçisi öldürülüb.
Ağa AKİFOĞLU