Filippinin qalmaqallı fikirləri və ifadələri ilə məşhurlaşmış prezidenti Rodriqo Dutertenin “Əl-Cəzirə” telekanalına müsahibəsi yenə də mübahisə yaradıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, ölkədə davam edən narkotiklərlə mübarizə çərçivəsində heç bir insan hüququndan söhbət gedə bilməz: “Tüpürüm insan hüquqlarına. Mənim ölkəmi dağıtmaq arzunuz olacaqsa, sizi öldürəcəyəm”.
Məlumata görə, Duterte narkotik qəbul etməkdə günahlandırılaraq məhkəməsiz öldürülmüş, içərisində uşaqların da olduğu 3500 filippinlini “kənar zərər” adlandırıb.
Modern.az