Modern.az

Danimarkada iki hava limanı boşaldılıb

Danimarkada iki hava limanı boşaldılıb

Dünya

17 Oktyabr 2016, 23:39

Danimarkada Roshille və Orhus hava limanları boşaldılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hər iki aeroportda insanlar bomba təhlükəsinə görə təxliyyə olunub.

 

Hadisə yerinə bomba ekspertləri cəlb olunub. Lakin araşdırmalar nəticəsində bompa tapılmayıb.

 

Danimarka polisi bomba xəbərdarlıqlarının eyni bir insan tərəfindən elektron poçtla edildiyini bildirib.

 

Qeyd edək ki, bu gün Danimarkada iki ticarət mərkəzi də bomba xəbərdarlığına görə boşaldılıb.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı