Modern.az

Oğurluq edən 6 nəfərin əli kəsildi

Oğurluq edən 6 nəfərin əli kəsildi

Dünya

18 Oktyabr 2016, 13:12

Meksikanın Tlakepake şəhərində oğurluq etməkdə şübhəli bilinən 6 nəfərin əli kəsilib. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəməsiz cəzlanadırmanı özlərini “Siçanlar əleyhinə” qruplaşmanın üzvü adlandıran naməlum şəxslər həyata keçirib.

Onların yaydığı məktubda qeüyd edilir ki, cəzalandırılan şəxslər avtomobil, motosiklet qaçırıblar, qadınların və uşaqların əşyalarını oğurlayıblar.

Zərərçəkənləri polis aşkarlayıb. Onların 5-i kişi, biri qadın olub. Əli kəsiləndən biri ölüb.

Onlar küçədə uzanmış vəziyyətdə olublar, kəsilən əlləri isə yanlarındakı çantaya qoyulub. 

Əlləri kəsilənlərin qalanları sağ qalsalar da, şok vəziyyətindədirlər. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı