Modern.az

Səudiyyə Ərəbistanda şahzadə edam edilib

Səudiyyə Ərəbistanda şahzadə edam edilib

Dünya

18 Oktyabr 2016, 22:20

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda  üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir  edam edilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.  

 

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.   

 

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur. 

 

Səudiyyə Ərəbistanının Ali və Apelyasiya Məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb. 

 

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir. 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı