Modern.az

Yəməndə münaqişə nəticəsində 1 163 uşaq ölüb

Yəməndə münaqişə nəticəsində 1 163 uşaq ölüb

Dünya

18 Oktyabr 2016, 23:14

Yəməndə hakimiyyət qüvvələri ilə husi qiyamçıları arasında 2015-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 1 163 uşaq ölüb. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bu barədə UNİSEF məlumat yayıb.

Məlumata əsasən, 2015-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 1 730 uşaq yaralanıb.

Xəbərdə bildirilib ki, 2016-cı ildə bu silahlı münaqişəyə uşaqların cəlb olunması 7 dəfə artaraq, min 200 uşaq təşkil edib. Uşaqlardan silahlı münaqişədə daha çox husi qiyamçıları istifadə edib.

Hesabatda vurğulanır ki, ötən ilki atışmalar nəticəsində 780 məktəbin qismən, yaxud tamamilə dağılması nəticəsində 350 min uşaq məktəbdən yayınıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı