Modern.az

Xəzər donanmasının gəmiləri Bəndər-Ənzəli limanına yan alıb

Xəzər donanmasının gəmiləri Bəndər-Ənzəli limanına yan alıb

Dünya

18 Oktyabr 2016, 23:57

Rusiyanın Xəzər donanmasının gəmiləri toplanış səfəri çərçivəsində İranın Bəndər-Ənzəli limanına qeyri-rəsmi baş çəkib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildirilib.      

 

Məlumata görə,  Rusiya Xəzər donanmasının “Tatarstan” və “Qrad Sviyajsk” raket gəmiləri Xəzər dənizində toplanış səfərini davam etdirirlər. Heyətlər artıq silahların istifadəsi və şərti düşməninin raket zərbələrindən yayınmaya dair təlimlər keçiriblər.  

 

“Hazırda  Xəzər donanmasının gəmiləri iki ölkənin donanmasının inkişafı və onların əməkdaşlığının möhkəmləndirilməsi çərçivəsində İranın Bəndər-Ənzəli limanına yan alıb”, - deyə məlumatda bildirilir.

 

Rusiyalı dənizçilərin İranın Hərbi-Dəniz Qüvvələri komandanlığının və Bəndər-Ənzəli rəhbərliyinin nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulub. Hərbçilər üçün ekskursiya təşkil olunacaq. Həmçinin rusiyalı və iranlı dənizçilər arasında idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub. 

 

Rusiya Xəzər donanmasının “Tatarstan” və “Qrad Sviyajsk” raket gəmilərinin Xəzər dənizində toplanış səfəri çərçivəsində Qazaxıstanın Aktau limanına səfər etməsi planlaşdırılıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı