Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, prezidentlər ölkələr arasındakı ikitərəfli əməkdaşlığın inkişafı barədə danışıblar.
Ərdoğan və Putin Suriya münaqişəsinin həll yollarını da müzakirə ediblər.
Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Modern.az