Modern.az

Türkiyə Ərdoğana görə referenduma gedir

Türkiyə Ərdoğana görə referenduma gedir

19 Oktyabr 2016, 14:15

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıçı prezident üsul-idarəsi ilə bağlı təklifin gələn ilin yanvar ayında Böyük Millət Məclisində baxılması mümkünlüyündən danışaraq, “aprel ayında referenduma gedilə bilər” deyib.

Modern.az NTV-yə istinadən xəbər verir ki, Hayati Yazıçı açıqlamada 12-15 maddəlik bir təkliflə Türkiyədə prezident üsul-idarəsi sisteminin həyata keçirilə biləcəyini deyib.


Hazırda Türkiyə parlament respublikasıdır. Konstitusiyaya görə, əsas səlahiyyətlər baş nazirdədir.

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı