Modern.az

Ərdoğan: “Mən gənclərimizi eşşək arısı kimi görmək istəmirəm”

Ərdoğan: “Mən gənclərimizi eşşək arısı kimi görmək istəmirəm”

19 Oktyabr 2016, 16:10

"2016-cı ildə 1923-cü ilin psixologiyası ilə hərəkət edə bilmərik. Ərazi baxımdan 20 milyon kvadrat kilometrdən, 780 min kvadrat kilometrə düşdük. Biz o tarixdəki mövqeyimizi qorumaq xatirinə qorumamalıyıq".

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgə valilərinin 28-ci toplantısında bildirib.

"Osmanlı elə bir dövlət idi ki, o nəhəngin çökməsi millətin üzərində dərin maddi və mənəvi yük oldu. 1914-cü ildə 2,5 milyon kv.km-lik ərazimiz 9 il sonra 780 min kv.km-yə düşdü. Qurtuluş savaşına gedəndə hədəf Misak-i Milliyə sahib cıxmaq idi.

Təqlidçi bir insan deyil, araşdıran, sorğulayan bir gənclik istəyirik. Mən gəncliyimizi eşşək arısı kimi deyil, bal arısı kimi görmək istəyirəm. Qoy, bal hasil etsin və bütün insanlıq ondan yararlansın", - deyə Türkiyə prezidenti bölgədə baş verən hadisələrə münasibət bildirərkən vurğulayıb.

O, həmçinin Türkiyə hərbçilərinin Mosulun azad edilməsi əməliyyatlında iştirak edəcəyini söyləyib: "Hava əməliyyatında iştirak etmək üçün ABŞ-la razılıq əldə edilib. Başqa məsələlərlə bağlı da irəliləyişə nail olacağıq".

Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə etdiyini də bildirib.

Qeyd edək ki, Misak-i Milli indiki türkcədə milli and deməkdir. 1920-ci ildə türk qurtuluş savaşının siyasi manifesti olan Misak-i Milli 6 maddədən ibarət bildirişdir. Bu sənəd 1920-ci il yanvarın 28-də Mustafa Kamal Atatürk tərəfindən hazırlanan bir sənəddir.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı