Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Fərqanə vilayətində qeydə alınıb.
Özbəkistan müdafiə nazirliyinin məlumatına görə, hadisə nəticəsində 3 ekipaj üzvü və 6 hərbçi ölüb. Məlumata görə, Mİ-171 helikopteri planlı uçuş zamanı qəzaya uğrayıb.
Qeyd edək ki, qəza ilə əlaqədar xüsusi komissiya yaradılıb, araşdırma aparılır.
Modern.az