Çikaqoda bu il 601 nəfər öldürülüb, 2400-dən çox insan yaralanıb. Modern.az saytı xəbər verir ki, AzNews.az xarici mətbuata istinadən məlumatına görə, “ABŞ-ın cinayət paytaxtı” adlandırılan Çikaqoda meydana gələn zorakılıq hadisələri, bütün tədbirlərə rəğmən rekord həddə çatıb.
Sentyabr ayında həyata keçirilən polis nəzarəti və mühafizə gücləri ilə əhali arasındakı əlaqələri gücləndirmək məqsədi daşıyan proqramların olmasına baxmayaraq, şəhərdə işlənən cinayət sayı son illərdə daha da artıb.
Çikaqo Polis Departamentindən verilən məlumata görə birinci dərəcəli cinayətlərin sayı 571-ə çatıb. 2015- ci ildə 486 insanın cinayətə qurban getdiyi şəhərdə bu il bu rəqəm 601-ə yüksəlib.
2015- ci ildə silahlı hücum zamanı yaralananların sayı təxminən 1400 nəfərdir. Bu il isə yaralananların sayı 2400-ü keçib. Çikaqo polisinin açıqladığı cinayətlərdən 28-nin bıçaqla, 19-nun isə zərbə nməticəsində baş verdiyi bildirilib.
Modern.az