Modern.az

Klinton və Tramp debatlarda ən çox hansı məsələyə toxunub? – STATİSTİKA

Klinton və Tramp debatlarda ən çox hansı məsələyə toxunub? – STATİSTİKA

21 Oktyabr 2016, 10:52

 

ABŞ  prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp debatlarda tez-tez Rusiya amili üzərində dayanıblar.

 

Modern.az saytı xəbər verir ki, bu haqda “Wikileaks”in Twitter hesabında bildirilib. Məlumata görə, müzakirələr zamanı Rusiyanın adı 178 dəfə çəkilib. Eyni zamanda “İslam dövləti” (İŞİD) terror təşkilatı, “Əl-Qaidə” 132 dəfə xatırlanıb.

 

Suriya münaqişəsindən isə 71 dəfə söz açılıb. İranla bağlı 67, immiqrasiya problemi ilə əlaqədar 48 dəfə məsələ qaldırılıb.

 

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı