Modern.az

Fanklub rəhbəri Rövnəq Abdullayevə müraciət edib: "Evimdə Azərbaycan və erməni bayrağı var"

Fanklub rəhbəri Rövnəq Abdullayevə müraciət edib: "Evimdə Azərbaycan və erməni bayrağı var"

23 Fevral 2011, 16:56

Milli Fanatlar Fanklubunun rəhbəri Faiq Hüseynov (Şadlı)  AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Özünü Azərbaycan milli futbol komandasının ən böyük fanatı adlandıran F.Hüseynov müraciətində bildirib ki, millinin oyunları zamanı bütün azarkeşləri layiqincə fanatlıq etməyə  ruhlandırır.

“Özüm vətənpərvər  ailədə dünyaya gəlmişəm. Yaşadığım 14-kv.m-lik yataqxanada 2 bayraq var -  Azərbaycan və erməni bayrağı. Hər gün balalarım bağçaya gedəndə Azərbaycan bayrağını öpür, erməni bayrağına isə ayaqqabılarını silirlər. Övladlarıma hər zaman tövsiyə edirəm ki, evimiz olmasa da belə, hər zaman bayrağımızı, milli qürurumuzu üstün tutaraq, daim milli komandanın oyunlarında dəstək olmalıyıq”.

F.Hüseynov R.Abdullayevdən xahiş edib ki, maddi durumu həddindən artıq ağır olan ailəsinə hər hansı bir ərazidə kiçik torpaq sahəsi ayrılmasında yardım göstərsin:
“Məmnuniyyətlə deyə bilərsiniz ki, mən bu işə baxan məsul şəxs deyiləm. Amma bunu dövlətini, bayrağını və milli yığmasını öz canlarından çox  sevən iki  körpə vətənpərvər övladlar üçün etmiş olarsınız. İnanıram ki, müraciətimə ötəri baxmayacaqsınız, bütün ümidlərimiz sizədi…Siz yaxşılıq etməyi bacaran bir insansınız…”.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...