«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən təşkil edilmiş məsləhət xidməti qrafiki çərçivəsində növbəti regional təlimlər Mingəçevir şəhərində keçirilib.
Şuranın baş mühasibi Tofiq Həsənov MQF Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “QHT-lərin Milli Mühasibat Uçotları Standartlarına keçidinin təşkili, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan hesabatların tərtib edilməsi” mövzusunda təlim keçib. Təlimdə Mingəçevir RQRTM-in əhatə dairəsində olan Goranboy, Tərtər, Ağdam, Bərdə, Yevlax, Beyləqan, Zərdab, Kürdəmir, Ucar, Ağcabədi, Füzuli rayonlarının və yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri və mühasibləri iştirak ediblər. Təlimlər daha sonra Şəmkir, Şirvan və Quba şəhərlərində davam etdiriləcək.
Modern.az