Modern.az

Azərbaycanda ürək transplantasiyası keçirmək mümkün olacaq

Azərbaycanda ürək transplantasiyası keçirmək mümkün olacaq

Aktual

26 Oktyabr 2016, 12:34

Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

 

Komitə sədri bildirib ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür:

 

“15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilir. Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”.

 

Əhliman Əmiraslanov ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!