Modern.az

“Soyqırım cocuqları” nümayiş olunub

“Soyqırım cocuqları” nümayiş olunub

24 Fevral 2011, 17:45

Bu gün Bakı Slavyan Universitetində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetin təşkilatçılığı ilə düzənlənən tədbirdə millət vəkilləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbələr və erməni vandallarının törətdikləri soyqırımın canlı şahidləri iştirak ediblər.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Ermənistan Azərbaycan xalqına qarşı törətdiyi cinayətə görə cavab verməlidir: “Xocalı qətliamının ən böyük günahkarlarından biri də keçmiş sovet ordusudur. Ermənistan aciz bir dövlət kimi, bunu heç vaxt bacara bilməzdi. Sovet ordusu yeganə ordudur ki, öz vətəndaşlarına qarşı soyqırımı törədib. Ermənistan Azərbaycanın yanında cılız bir qrupdur. Ermənistan hər zaman başqa dövlətlərin əlində bir oyuncağa çevrilib və bu indi də belədir”.

Deputat Azərbaycanın heç vaxt bu cinayətkar dövlət qarşısında zəif olmadığını bəyan edərək bildirib ki, biz Ermənistana qarşı mübarizə aparmırıq. “Bizim əsas mübarizəmiz onu dəstəkləyən qüvvələrə qarşıdır”.

Xankəndinin deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxışı zamanı ürək ağrısı ilə yaşadığı ağır günləri xatırlayıb: “Biz nə az, nə çox 19 ildir ki, Azərbaycanın haqq səsini dünyaya çatdıra bilmirik. Ancaq Ermənistan bir əsr bundan öncə olmayan hadisəni yalanla bəzəyərək dünyaya sırımağa çalışır. Ermənilər unutmasınlar ki, onlar gec-tec bu cinayətlərinə görə cavab verəcəklər”.

Tədbirdə daha “Soyqırım çocukları” adlı qısametrajlı film nümayiş olunub. Qeyd edək ki, filmi Türkiyə sənətçisi Handan Kayakök hazırlayıb.

Filmdə Xocalı, İraq, Fələstin və digər ölkələrdə uşaqların necə qəddarcasına öldürüldüyü əks olunub.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...