Modern.az

“Avropa İttifaqı  Qarabağ münaqişəsinin sülhlə həllini istəyir”

“Avropa İttifaqı  Qarabağ münaqişəsinin sülhlə həllini istəyir”

27 Oktyabr 2016, 14:31

“Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb olunmuş struktur deyil.

Amma Avropa İttifaqı  münaqişənin tezliklə sülh yolu ilə həll olunmasında maraqlıdır”.

Modern.az-ın xəbərinə görə, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Bərdədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, regiondakı hərbi qarşıdurmadan əhali əziyyət çəkir:

“Bu regionda hərbi qarşıdurma görmək istəmirik. Axı, bundan bütün region və oranın əhalisi əziyyət çəkir. Elə buna görə Avropa İttifaqı  məsələnin sülh yolu ilə həll ounmasının tərəfdarıdır”.

H.Zalber münaqişənin həllində hər iki ölkənin liderlərinin həlledici rol oynadığını qeyd edib:

“Onlar müəyyən qərara gələ bilsə, onun həyata keçirilməsini dəstəkləməyə, məsələyə töhfə verməyə şad olarıq”.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü