Modern.az

Quba-Xınalıq yolu açılıb

Quba-Xınalıq yolu açılıb

28 Oktyabr 2016, 23:36

Bu gün günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu baş verib. Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Modern.az saytı xəbər verir ki, “Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən verilən məlumata görə, artıq yol təmizlənib. Belə ki, dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub. Qısa müddəıt ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.

 

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM