Avstraliyanın Kvinslend ştatının Brisben şəhərinin polisi marşrut avtobusunun sürücüsünün vəhşicəsinə öldürülməsini araşdırır.
Modern.az xarici mediaya istinadən bildirir ki, ilkin məlumata görə, sürücünün üstünə sərnişinlərdən biri yandırıcı maddə tökərək od vurub.
Cinayətkarın qurbanı Hindistan əsilli, 23 yaşlı Mahmit Alişer Şarma olub.
Polis araşdırma çərçivəsində 48 yaşlı kişini həbs edib.
Kvinslend polisinin rəhbəri Cima Keonun sözlərinə görə, Mahmit Şarma Moorvale Shopping Centre ticarət mərkəzinə qədər olan marşrutda işləyib. Salonda 6 sərnişin olub, Byudesertd-roudda daha 3 sərnişin götürüb.
Sürücüyə yaxınlaşan sərnişinlərdən biri onu üstünə yandırıcı maddə tökərək odlayıb. Sürücü yanan məşələ çevrilib, cinayətkar isə avtobusdan tullanaraq qaçıb. Şarmanın yanıqları ölümcül olub.
Modern.az