Modern.az

Su altında qalan evlər necə olacaq? - Deputat rayona gedib...

Su altında qalan evlər necə olacaq? - Deputat rayona gedib...

Aktual

29 Oktyabr 2016, 14:18

Son günlər yağıntıların intevsivləşməsi Quba, Cəlilabad, Masallı rayonlarında daşqınların baş verməsinə, evlərin subasmaya məruz qalmasına yol açıb.  

Masallının Əminli kəndinin Viləşçaya yaxın evlərini oktyabrın 26-da su basıb. Bu kənddə evsiz qalanlar var.

Cəlilabad rayonunda da 30-dan çox ev su altındadır. Xüsuliə Alar kəndində acınacaqlı vəziyyət yaranıb. Oktyabrın 27-də İncəçayın daşması burada yaşayan insanlara ciddi ziyan vurub.

Quba rayonunun da bir neçə kəndində sakinlər ciddi problemlərlə üzləşiblər.

 
Modern.az saytı adıçəkilən rayonların deputatları ilə əlaqə saxlayaraq hazırki vəziyyəti öyrənməyə çalışıb.

52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov rayon İcra Hakimiyyəti ilə tez-tez əlaqə saxladığını deyib.

“Son günlərdə güclü yağışlar yağdı. Belə yağışlar gözlənilmirdi. Qubanın Xınalıq kəndində bir neçə gün ərzində ciddi problem yaranmışdı. Artıq aradan qaldırılıb. Həmçinin, Qonaqkənd yolunda çox ciddi işlər gedir. Bu məsələ ilə bağlı idarə fəaliyyət göstərir. Amma, elə də ciddi problemlər yoxdur. Sürüşmə halları yoxdur. Həm də belə güclü yağıntılar gözlənilmirdi. Budəfəki yağıntılar çox ciddidir. Rayon icra bacısı ilə əlaqə saxlayıram. Nə kömək lazımdırsa, edirik. Bu yaxınlarda Qonaqkəndlə əlaqədar Baş nazirlə söhbət etmişəm. Meliorasiya və Su Təsərrüfatı Agentliyinin sədrinə demişəm  ki, “burada bəndlər çəkilməlidir”. Çay daşanda insanlara çox ziyan dəyir. Bu formada mütəmadi olaraq danışıqlar gedir”.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin deputatı  Malik Həsənov vəziyyətlə əlaqədar rayonda olduğunu bildirib.

“Hal-hazırda Cəlilabad rayonundayam. Vəziyyətlə yerində tanış olmuşam. Yaranan problemi aradan qaldırmağa çalışırıq. Müəyyən mənada buna nail olmuşuq”.

68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı  Mirkazım Kazımov isə belə yağışların qorxulu olmadığını dilə gətirib.

“Mən də Cəlilabad rayonunda doğulmuşam. Bura elə güclü yağışlar yağıb ki, həftələrlə gediş-gəlişdə problem olub. Bu il yağan yağışlar əvvəlki illərdə yağan yağışların yanında heç nədir. Buna baxmayaraq, rayonla tez-tez əlaqə saxlayıram. Artıq problemlərin bir qismi həll olunub”.


Cəlilabadın Alar kəndinin sakinləri isə baxımsızlıqdan, diqqətsizlikdən gileylənirlər... Onlar Fövqəladə Hallar Nazirliyindən kömək, evlərinin bərpa olunmasını istəyirlər..

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi