Modern.az

Tərtərdə idmançı aldığı travmadan həyatını itirib

Tərtərdə idmançı aldığı travmadan həyatını itirib

Aktual

29 Oktyabr 2016, 23:29

Tərtərdə idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Tərtər şəhər sakini  Cəhdi Cəlal Ramil oğlu bu gün ölüb. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.

 

Yaxınlarının verdiyi xəbərə görə, C. Cəhdi  2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda keçinib.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi