Modern.az

Hindistan ordusu Pakistan ordusunun 4 postuna zərbə endirib

Hindistan ordusu Pakistan ordusunun 4 postuna zərbə endirib

30 Oktyabr 2016, 10:24

Dünən Hindistan ordusu Cammu və Kəşmir ştatlarında Keran sektorunda Pakistan ordusunun dörd hərbi postuna zərbə endirib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Hindistan ordusundakı mənbə 20 Pakistan hərbçisinin öldürüldüyünü bildirib.

 

Telekanalın yaydığı xəbərdə  Hindistan ordusunun Pakistan hərbçilərin atəşkəsi tez-tez pozmasına cavab olaraq bu addımın atıldığı bildirilir. Atəşkəsin pozulması nəticəsində Maçil sektorunda 1 Hindistan hərbçisi ölüb. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı