Modern.az

Baş nazirin evində silah anbarı aşkarlandı

Baş nazirin evində silah anbarı aşkarlandı

30 Oktyabr 2016, 17:55

Serbiyanın baş naziri Aleksandr Vuçiçin evinin yanında silah anbarı tapılıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, ölkənin daxili işlər naziri Neboyşa Stefanoviçin sözlərinə görə, baş nazirin Belqradın Yayintsı rayonundakı evinin yaxınlığında silah avtomobildə gizlədilib.

 

O deyib ki, söhbət qranatomyotdan, bir neçə əl qumbarasından, eləcə də avtomat və snayper tüfəngi üçün nəzərdə tutulan çoxsaylı güllələdən gedir.

 

Stefanoviç qeyd edib ki, silah cinayətkarlar üçün əlverişli yerdə gizlədilib və ondan kimsə istifadə edib aradan çıxa bilərdi.

 

Daxili işlər naziri əlavə edib ki, hazırda baş nazir təhlükəsiz yerdədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı