Modern.az

Sabunçuda minaatan mərmisi aşkarlanıb

Sabunçuda minaatan mərmisi aşkarlanıb

Aktual

30 Oktyabr 2016, 19:09

Oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

 

Modern.az FHN-nin rəsmi saytına istinadla xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb edilərək tapılmış sursata baxış keçirilib.

 

Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib.

Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi