Modern.az

Rusiyada azərbaycanlı gənc 9-cu mərtəbədən yıxılıb ölüb

Rusiyada azərbaycanlı gənc 9-cu mərtəbədən yıxılıb ölüb

Aktual

30 Oktyabr 2016, 22:15

Rusiyanın Surqut şəhərində azərbaycanlı faciəvi şəkildə həlak olub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.

1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb. Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə sui-qəsd etdiyi də bildirilir.

Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib. Qızın polisə şikayətindən sonra miqrant Azərbaycana deportasiya olunub. Lakin o, qisas almaq üçün yenidən Surquta qayıtmağı bacarıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi