Modern.az

Romada zəlzələdən sonra məktəblər bağlanıb

Romada zəlzələdən sonra məktəblər bağlanıb

30 Oktyabr 2016, 23:41

Roma şəhərinin meri Virciniya Raci İtaliyanın mərkəzi hissəsində baş verən zəlzələdən sonra bazar ertəsi paytaxt məktəblərinin bağlı olacağını elan edib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, şəhər rəhbəri bu barədə öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Roma administrasiyası bazar günü bütün məktəbləri bağlamaq niyyətindədir. Bu, bütün tədris müəssisələri binalarında zəlzələdən sonra hərtərəfli texniki yoxlamaların aparılması ilə əlaqədardır", - deyə Raci yazıb.

 

Zəlzələ nəticəsində paytaxtda yerləşən bəzi tikililər, o cümlədən tarixi binalar ziyan çəkib. Yerli hakimiyyət müvəqqəti olaraq metropoliteni bağlayıb. Lakin sonradan qatarların hərəkəti bərpa edilib.

 

Bu gün Bakı vaxtı ilə 10:40-da İtaliyanın mərkəzi hissəsində 6,5 bal gücündə zəlzələ baş verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı