Moldovada keçirilən prezident seçkilərinin ilkin nəticələr açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, səslərin 32 faizinin hesablanmasından sonra Sosialistlər Partiyasının rəhbəri İqor Dodon 55,01 faiz səslə liderdir.
Moldova Mərkəzi Seçki Komissiyasının internet səhifəsində verilən məlumata görə, İqor Dodon seçicilərin 119 min 616 nəfərinin səsini toplayıb. Digər namizəd Mayya Sandu isə seçicilərin 30,69 faizinin (66 min 726) səsini toplayıb.
Modern.az