Modern.az

Bağlanan 10 bank əmanətçilərinin 643 milyonunu qaytardılar

Bağlanan 10 bank əmanətçilərinin 643 milyonunu qaytardılar

31 Oktyabr 2016, 10:39

Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

 

Fonddan Modern.az-a verilən məlumata görə, ümumilikdə 10 bank üzrə 643 milyon 133 min manatdan artıq kompensasiya   ödənilib.

 

Belə ki,  “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 043 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

 4 bank üzrə ümumilikdə kompensasiya məbləği 121 miyon 811 min manatdan artıq təşkil edib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib.

2 bank üzrə ümumilikdə kompensasiya məbləği 16 milyon manatdan artıq olub.

Məlumatda bildirilib ki, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib. Həmçinin, 3 bank üzrə kompensasiya məbləği ümumilikdə 145 milyon manatdan artıq olub.

“Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 360 milyon 322 min manat kompensasiya ödənilib.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi