Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahələrində bir sıra layihələr həyata keçirmək barədə razılığa gəliblər.
Modern.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Prezidenti Ramazan Abdulatipov "Dağıstanın qızıl payızı" adlı aqrar forumda deyib.
Dövlət başçısı qeyd edib: "Azərbaycan tərəfi ilə gələn ilin martına Xaçmazda Dağıstan məhsullarının satılacağı iri mağazanın, eləcə də Dərbənddə bu cür mağazanın açılması ilə bağlı razılıq var".
Modern.az