Modern.az

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

31 Oktyabr 2016, 11:57

Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən verilən məlumatda bildirilir ki, qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi