Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbəsinin məsləhətçi-müfəttişi ehtiyatsızlıq nəticəsində güllə yarası alıb.
Bu barədə məlumat Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilib.
Məlumata görə, oktyabrın 30-da nazirliyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mirmahmud KAZIMOĞLU