Modern.az

German Studio "Sağlamlıq mətbəxdən başlayır" adlı təqdimat keçirib

German Studio "Sağlamlıq mətbəxdən başlayır" adlı təqdimat keçirib

31 Oktyabr 2016, 13:39

Bakı şəhərində German Studio şirkətinin "Sağlamlıq mətbəxdən başlayır" devizi altında yeni kolleksiyasının təqdimatı həyata keçirilib. Təqdimatda şirkət müştərilərinə 3 yeni istiqaməti birləşdirən "Grüne Küchen" kolleksiyasını nümayiş etdirib. Bu yeniliklər mətbəxdə təmiz su üçün xüsusi filtlərin, ekoloji dəzgahlığın və suya davamlı piltələrdə istifadə edilməsini özündə birləşdirir.

Mətbəxdə sağlam mühit yaratmaq üçün şirkət Azərbaycan bazarında ilk dəfə olaraq dünyanın ən böyük su kranları istehsalçısı olan Grohe şirkəti ilə əməkdaşlığa başlayıb. Təqdimatda Grohe şirkətinin Mərkəzi Avropa üzrə rəhbərliyi, ictimaiyyət nümayəndələri, şirkətin müştəriləri iştirak edib.

Sağlamlıq ilk növbədə sağlam qidalanmadan başlayır. Məlumdur ki, insan orqanizminin 65% sudan ibarətdir və təmiz filtrə edilmiş, mineral komponentlərini özündə birləşdirən suyun olması insan ömrünü uzadan əsas elementlərdəndir. Məhz buna görə German Studio-nın təqdim etdiyi yeni kolleksiyada su kranında tam filtrə edilmiş suyun gəlməsi təmin edilir. Bu innovasiya Grohe şirkəti tərəfindən mətbəx mebellərini özəl olaraq hazırlanıb.

Grohe şirkətinin vitse-prezidenti Jonas Brenwald təqdimatda dünyada içməli suyun əhəmiyyəti barədə danışdıqdan sonra, Azərbaycan müştərisinə belə innovativ məhsul təqdim etdiyinə görə çox sevincli olduğunu bildirib. Belə ki, artıq German Studio-dan mətbəx mebeli seçildiyi zaman Grohe filtləri təhciz ediləcəkdir. Grüne Küchen kolleksiyalarında əsl alman keyfiyyəti, ekoloji cəhətdən təmiz materiallarla birləşməsi aydın şəkildə görünür.

Təqdimatda göstərilən yeniliklərdən digərləri mətbəx mebellərində istifadə edilən materialların Avropa Ekologiya standartlarına uyğun olmasıdır. Belə ki, German Studio öz mətbəx mebellərində tam ekoloji materiallardan istifadə etməklə yanaşı, 2017-ci ildən istifadə etdiyi lövhələrdə formaldegid miqdarını sıfıra endirib.

Dizayn olaraq şirkətdə xalis palıd, göyurüş ağaclarından hazırlanmış klassik kolleksiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdimatda "Sağlamlıq mətbəxdən başlayır" devizi ilə məhşur aşbazlar tərəfindən "0" kolorili desertlər təqdim edilib.

German Studio şirkəti 6 ildən çoxdur fəaliyyət göstərir və Azərbaycanda mətbəx mebeli istiqamətində ixtisaslaşmış ilk şirkətdir. Xatırladırıq ki, şirkət Almaniyanın aparıcı brendlərindən Störmer Küchen, Siematic, Woessner kimi fabrikləri Azərbaycanda təmsil edir. 2015-ci ildən isə şirkət Kitchen Click proqramının tətbiqi ilə Alman keyfiyyətini saxlayaraq qiymətlərini daha münasib səviyyəyə çatdırıb.

German Studio şirkətinin mərkəzi sərgi salonu, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 29-da yerləşir.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi