Modern.az

Kraliça 90 yaşında at belində gəzir

Kraliça 90 yaşında at belində gəzir

Aktual

31 Oktyabr 2016, 14:32

Britaniya kraliçası II Yelizaveta 90 yaşında idman formasını saxlayır və at belində gəzir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu britaniyalı jurnalistlər kraliçanın sevimli fell-poni atı ilə Temza boyunca gəzintisindən foto yaymaqla da sübut ediblər.

Məlumatda qeyd edilir ki, at Karptonlima Emma adlanır. Fotodan da görünür ki, Yelizaveta öz sevimli heyvanına etibar edir və hətta dəbilqə taxmadan at belində yalnız öz paltarı ilə gəzişir.

Yelizavetanın əla idman formasını saxlamasının səbəbi də at idmanı ilə məşğul olması ilə izah olunur.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi