Modern.az

İraq ordusu Mosula girdi - YENİLƏNİB

İraq ordusu Mosula girdi - YENİLƏNİB

31 Oktyabr 2016, 16:59

 

İraq Ordusunun antiterror dəstələri Mosul yaxınlığında Bazvaya yaşayış məntəqəsini və bir neçə kəndi “İslam dövləti” (İŞİD) terror təşkilatının döyüşçülərindən azad edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mosulun azad edilməsi əməliyyatlarına komandanlıq edən general-leytenant Əbdüləmir Yaralla açıqlama verib. O bildirib ki, azad edilmiş ərazilərdə artıq dövlət bayrağı ucaldılıb.

Bundan başqa, İraq Federal Polisi qüvvələri tərəfindən Mosuldan cənubda Suruc kəndinin azad edildiyi də bildirilir.

Mosulun şərqində Tobruk, Tahraua kəndləri də İŞİD döyüşçülərindən təmizlənib.

*** 

"Reuters"in yaydığı məlumata görə, İraq ordusu artıq Mosula daxil olub. İraq qüvvələrinin Mosulun Karama rayonuna girdiyi bildirilir. 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı