Oktyabrın 29-u Zəngilanın düşmən tərəfindən işğalının 23-cü il dönümü günü ilə bağlı tədbir keçirilib. Məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan deputat İmamverdi İsmayılov tədbirdə iştirak etməyib.
Hansı səbəbə görə deputat təmsil etdiyi rayonun işğalının ildönümü günü tədbirdə iştirak etməyib?
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən İmamverdi İsmayılov deyib ki, o ölkə hüdudlarından kənardadır:
“Xəstəliyimlə bağlı xaricdəyəm. Onun üçün tədbirdə iştirak edə bilməmişəm. Burada böyüdüləcək heç nə yoxdur. Azərbaycanda olsam, hamıdan əvvəl tədbirdə mən iştirak edəcəkdim. Səhhətim buna imkan vermədi”.
Qafar Ağayev