Modern.az

AMEA-dan hökumətə TƏKLİF

AMEA-dan hökumətə TƏKLİF

Aktual

31 Oktyabr 2016, 16:44

 

Azərbaycan Milli Elmlər Akademiyası gələn il elmi müəssisələrində magistraturaya qəbul aparmaq üçün Nazirlər Kabinetinə 38 ixtisas üzrə 133 yer sifariş verib. Modern.az-ın xəbərinə görə, bunu akademiyanın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, Nazirlər kabineti plan yerlərini təsdiq etdikdən sonra qəbul həyata keçiriləcək.

Ə.Sadıqov adətən dekabr ayına qədər siyahının təsdiq olunduğunu da söyləyib.

Akademiya rəsmisi keçən il AMEA-da 19 ixtisas üzrə magistraturaya qəbul aparıldığını da söyləyib.

Xatırladaq ki, 2015/2016-cı tədris ili üçün AMEA-nın magistraturasına 19, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi